15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-15) yeni heyətini müəyyən etmək üçün mayın 28-də və 29-da “Dalğa Arena”da 1998-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli turnir keçiriləcək. Sözügedən turnirə “Qəbələ”nin aşağı yaş komandalarında çıxış edən 13 futbolçu dəvət alıb. Sevindirici haldır ki, dəvət alanların arasında 1999-cu il təvəllüdlü 2 mövsüm ardıcıl U-13 liqasının ən yaxşı futbolçusu seçilmiş Fərid Nəbiyev də yer alıb. Milli komanda məşqçilərinin diqqət mərkəzinə düşən futbolçular aşağıdakılardır:
1. Məhədbəyli Toğrul - qapıçı
2. Süleyman Süleymanov - qapıçı
3. Elvin Dəmirov - müdafiəçi
4. Sahil Zeynalov - müdafiəçi
5. Əzəmət Ələkbərli - müdafiəçi
6. Amin Seydiyev - müdafiəçi
7. Hacıağa Hacıyev - yarımmüdafiəçi
8. Turan Manafov - yarımmüdafiəçi
9. Qara Mehrəlizadə - yarımmüdafiəçi
10. Baxışəli Baxışəliyev - yarımmüdafiəçi
11. Fərid Nəbiyev - yarımmüdafiəçi
12. Nurlan Quliyev - hücumçu
13. Azər İsmayılov - hücumçu