14 futbolçumuz Azərbaycan yığmalarında
Xəbərlər / 16 Avqust 2021 | 21:41254
14 futbolçumuz Azərbaycan yığmalarında

“Qəbələ”nin 14 futbolçusu Azərbaycan yığmalarına cəlb olunub. Onlardan altısı U-18-in, səkkizi U-17-nin heyətində yer alacaq. Kamil Nəzirli, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Emil Süleymanov və Fərid Kələntərov 18 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesi avqustun 17-dən 24-ə qədər Bakıda baş tutacaq.

Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarov isə 17 yaşadək futbolçulardan ibarət yığmanın Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunlarında iştirak edəcək heyətə daxil edilib. Bu görüşlər Bosniya və Herseqovinada təşkil olunacaq.