Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk hissəsi başa çatıb. “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.
Baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – İsniklə Nicat bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. 19 futbolçudan 13-ü matçların yarıdan çoxunda - ən azı 8 qarşılaşmada iştirak edib.
Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ülvi İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.
İsnik Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradovla Yaovi Akakponun hərəsinin 2 qolu var. 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.
futbolçu oyun dəqiqə qol sarı qırmızı
İsnik Alimi 14 1260 4 3 0
Nicat Mehbalıyev 14 1260 -14 3 0
Ruan Renato 14 1259 1 3 1
Urfan Abbasov 14 1207 1 2 0
Rövlan Muradov 14 951 2 3 0
Ülvi İsgəndərov 14 498 5 2 0
Məqsəd İsayev 13 1170 1 4 0
Murad Musayev 13 1170 0 3 0
Rafael Utziq 13 1157 4 1 0
Asif Məmmədov 12 992 1 3 0
Stefan Vukçeviç 12 945 0 4 1
Omar Hani 11 696 0 1 1
Ehtiram Şahverdiyev 8 160 1 1 1
Fernan Lopez 7 393 0 3 0
Emil Səfərov 6 58 1 3 0
Yaovi Akakpo 4 306 2 0 0
Kamal Mirzəyev 4 33 0 0 0
Rüfət Əhmədov 2 177 0 2 0
Hüseyn Mürsəlov 2 143 0 0 0