Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb. “Qəbələ” ilk iki dövrədə 14 oyun keçirib.
Baş məşqçi Sənan Qurbanov bu matçlarda 18 futbolçuya şans verib. Yalnız bir oyunçu – Vojislav Stankoviç bütün qarşılaşmalarda iştirak edib. Serbiyalı müdafiəçi mövsümün ilk yarısını əvəzolunmadan keçirib. O, 14 görüşdə 1260 dəqiqə meydanda olub.
Ürfan Abbasov və Ceyms Adeniyi hərəyə 13 oyun keçirib ki, buna hərəsinin 1 dəfə cəzalı duruma düşməsi səbəb olub. 18 futbolçudan 15-i matçların yarıdan çoxunda - ən azı 8 dəfə meydana çıxıb.
Mövsümün ilk yarısında “Qəbələ”nin 9 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ceyms Adeniyi olub. Nigeriyalı yarımmüdafiəçi 6 qola sevinib. Komandanın fransalı hücumçusu Stiven Monrozun hesabında 4 top var. Digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənib.
Futbolçu | oyun | dəqiqə | qol | sarı | qırmızı |
Vojislav Stankoviç | 14 | 1260 | 1 | 2 | 0 |
Ürfan Abbasov | 13 | 1170 | 1 | 4 | 0 |
Ceyms Adeniyi | 13 | 1075 | 6 | 4 | 0 |
Stiven Monroz | 12 | 1032 | 4 | 1 | 0 |
Sabien Lilay | 12 | 991 | 0 | 1 | 0 |
Lalavele Atakora | 12 | 876 | 1 | 1 | 0 |
Təmkin Xəlilzadə | 11 | 945 | 1 | 3 | 2 |
Bəhlul Mustafazadə | 11 | 854 | 0 | 0 | 0 |
Cavid Hüseynov | 11 | 852 | 0 | 2 | 0 |
İlqar Qurbanov | 11 | 850 | 0 | 3 | 0 |
Asif Məmmədov | 11 | 508 | 1 | 0 | 0 |
Rauf Əliyev | 11 | 494 | 1 | 1 | 2 |
Dmitri Bezotosnı | 10 | 900 | -11 | 0 | 0 |
Elvin Camalov | 10 | 722 | 0 | 4 | 0 |
Qismət Alıyev | 9 | 511 | 0 | 2 | 0 |
Rasim Ramaldanov | 7 | 427 | 1 | 2 | 0 |
Aqil Məmmədov | 4 | 360 | -7 | 2 | 0 |
Roman Hüseynov | 2 | 3 | 0 | 0 | 0 |