16 bombardir
Xəbərlər / 17 İyun 2021 | 21:15166
16 bombardir

2020/21 mövsümünü başa vuran “Qəbələ” indiyədək vurduğu qolların sayını 751-ə çatdırıb. 2005-ci ildə yaranan klub arxada qalan 16 ildə Premyer Liqa, I dəstə, Azərbaycan kuboku və UEFA Avropa Liqasında çıxış edib. Bu turnirlərdə ümumilikdə 139 futbolçu qol sevinci yaşayıb. Onlar 732 dəfə rəqib qapısına yol tapıb. Komandamızın digər 19 qolunu rəqiblər öz qapısına vurub.

“Qəbələ”nin 16 illik tarixinin ən yaxşı bombardiri Viktor Mendidir. O, 33 dəfə fərqlənib. Dodonun 30, Baqali Dabonun 27 qolu var.

Son mövsümdə “qırmızı-qara” forma geyinən oyunçulardan üçü 16 ilin 16 bombardiri sırasında yer alıb. Cavid Hüseynov 20, Ceyms Adeniyi 18, Asif Məmmədov 15 dəfə fərqlənib.

1. Viktor Mendi - 33

2. Dodo - 30

3. Baqali Dabo - 27

4. Filip Ozobiç - 25

5-7. Cavid Hüseynov - 20

Stiven Monroz - 20

Rövşən Əhmədov - 20

8. Daniel Subotiç - 19

9-11. Aleksey Qay - 18

Ceyms Adeniyi - 18

Kənan Kərimov - 18

12. Yannik Kamanan - 17

13-14. Asif Məmmədov - 15

Deon Barton - 15

15. Sergey Zenyov - 14

16. Samir Zərgərov - 13