16 ildə 254 futbolçu
Xəbərlər / 3 İyun 2021 | 22:01189
16 ildə 254 futbolçu

2020/21 mövsümü “Qəbələ”nin tarixində 16-cı olub. 2005-ci ildə yaradılan klub indiyədək Premyer Liqada 15, Birinci dəstədə 1, Azərbaycan kubokunda 16, Avropa Liqasında 6 mövsüm keçirib. 16 il ərzində 254 futbolçu “qırmızı-qara” forma geyinib. Komandada ən çox oyun keçirən futbolçu Urfan Abbasovdur. Onun hesabında 220 matç var. Asif Məmmədov ikinci, Dmitri Bezotosnı üçüncüdür.

Son mövsümdə “qırmızı-qaralar”ın formasını geyinmiş oyunçulardan üçü ən çox oyun keçirən 16 futbolçu sırasında yer alıb. Asif 2-ci, Cavid Hüseynov 7-ci, mövsümün gedişindən komandadan ayrılan Qismət Alıyev 16-cıdır.

 

16 ildə ən çox oyun keçirən 16 futbolçu

1. Urfan Abbasov - 220

2. Asif Məmmədov - 171

3. Dmitri Bezotosnı - 166

4. Dodo -  161

5. Vojislav Stankoviç - 142

6. Elvin Camalov - 141

7. Cavid Hüseynov - 138

8. Viktor Mendi - 127

9. Samir Zərgərov - 122

10. Rafael Santos - 104

11. Pavel Doroşev - 99

12. Abdulkader Kamara - 97

13. Azər Həşimov - 96

14. Rəşad Sadiqov - 91

15. Lyubo Baranin - 90

16. Qismət Alıyev - 85