18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Xəbərlər / 18 Oktyabr 2015 | 08:59179
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. İyirmi dörd il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır. 

"Qəbələ" İdman Klubunun kollektivi Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayır.