2 qızıl, 2 gümüş, 2 bürünc
Xəbərlər / 13 İyun 2013 | 07:26314
2 qızıl, 2 gümüş, 2 bürünc

"Qəbələ" İdman Klubunun cüdoçuları 23 yaşa qədər cüdoçuların respublika çempionatında uğurlu çıxışla yadda qalıblar. Yarışa 18 idmançı ilə qatılan "Qəbələ" yekunda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
48 və 57 kq çəki dərəcələrində müvafiq olaraq Aişə Qurbanova və Təhminə Paşazadə mübarizəni birinci pillədə tamamlayıb. Lalə Gülbalayeva 63 kq-da, Şəfəq Məmmədova isə 48 kq-da gümüş medalı boynundan asıb. Mehman Sadıqov (60 kq) və Dilavər Şirvanlı (90 kq) isə çempionatı III pillədə tamamlayıb. 
Xatırladaq ki, respublika çempionatında 34 cüdo klubunu təmsil edən 269 idmançı qüvvəsini sınayıb.