2013-cü ilə major notlarla - «Qəbələ» Tovuzdan 3 xalla dönür
Oyun icmalı / 20 Dekabr 2012 | 12:32571
2013-cü ilə major notlarla - «Qəbələ» Tovuzdan 3 xalla dönür

"Turan" - "Qəbələ" 0:2

20 dekabr 2012. Saat 14:00. Tovuz şəhər stadionu. 1500 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azər Əsgərov
Dördüncü hakim: Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Fərid Quliyev, ;; (qeyri-idman hərəkəti); Ruslan Zubkov, 57 (qeyri-idman hərəkəti); Marius Kazlauskas, 76 (qeyri-idman hərəkəti) // Lourival Assis, 39 (qeyri-idman hərəkəti); Şəhriyar Xəlilov, 44 (qeyri-idman hərəkəti)
Qollar: Rəşad Abdullayev, 76 (p.); Luis Paulo Hilario, 88
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

Premyer Liqanın XVIII turunda "Qəbələ" səfərdə "Turan"la üz-üzə gəldi. 2012-ci ilin son oyunu ilk altılığa düşmək baxımından əhəmiyyət kəsb edirdi. Cari mövsümün ilk dövrəsində Qəbələdə tovuzluların qalib gəlməsi matçı prinsipiallaşdıran digər amil idi.  

Bir neçə gün əvvəl Tovuza yağan qar mərkəzi stadionun ot örtüyünün bərbad hala salmışdı. Bu hal da bataqlığı xatırladan meydançada futbolçuların istədikləri oyunu nümayiş etdirmələrini mümkünsüz edirdi. Matç meydan sahiblərinin nisbi üstünlüyü ilə start götürdü. Lakin bu üstünlük hissə ərzində yalnız bir neçə təhlükəli epizodda özünü biruzə verdi. Ani hücumlarla rəqibə cavab verən qonaqların heyətində isə Assis, Bruno da Silva, Yannik Kamanan qol imkanlarını dəyərləndirə bilmədilər. Bir epizodda - Assisin qapıya effektiv zərbəsindən sonra "Turan"ın köməyinə dirək çatdı.

İkinci hissəyə "Qəbələ" daha aktiv başladı. Xüsusən sağ cinahda Rəşad Abdullayevin fəallığı diqqət çəkirdi. Kapitanı zərərsizləşdirməkda çətinlik çəkən rəqib müdafiəçiləri tez-tez onun qarşısını kobudluqla almaq məcburiyyətində qalırdılar. Belə epizodların birində - 76-cı dəqiqədə Marius Kazlauskasın cərimə meydançası daxilində Rəşadı qaydalar xaricində dayandırması hakimin penalti nöqtəsini göstərməsilə nəticələndi. Topa yaxınlaşan Rəşad qapıçı səddini aşmaqda çətinik çəkmədi - 1:0. Qoldan sonra hücumlarının kəsərini bir az da artıran "Qəbələ" 88-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırdı. Baxımlı kombinasiyanı Dodo dəqiq zərbə ilə tamamladı - 2:0. Bu, matçda son yaddaqalan hadisə oldu və "Qəbələ" 2012-ci ili major notlarla tamamladı. 

“Turan”

27. Natiq Səhrətov
5. Fərid Quliyev 
(23. İrakli Beraia, dəq.62)
6. Mikayıl Rəhimov
7. Azər Məmmədov 
8. Budaq Nəsirov 
9. Murad Ağakişiyev (k) 
13. Marius Kazlauskas
(11. Qoqi Pipia, dəq.80)
14. Ender Günlü
22. Salif Ballo 
24. Ruslan Zubkov
26. Aleksandr Krutskeviç   
(17. Fərmayıl Əliyev, dəq.71)

Ehtiyat oyunçular:

28. Mehman Hacıyev
18. Seymur Tağıyev
16. Elmixan Məmmədov
19. Asəf Qədiri

Baş məşqçi: Əfqan Talıbov

“Qəbələ”

30. Anar Nəzirov 
8. Bruno Da Silva 
9. Viktor Mendi 
10. Luis Paulo Hilario
11. Yannik Kamanan 
(18. Aleksandr Çertoqanov, dəq.60)
22. Lourival Rodriqes 
23. Şəhriyar Xəlilov 
(3. Vurğun Hüseynov, dəq.90+2)
26. Daniel Lopes Kruz
27. Rəşad Abdullayev (k)
(7. Yaşar Abuzərov, dəq.81)
34. Ürfan Abbasov
84. Dejan Kelhar 

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
5. Muammer Erdoğdu
19. Rövşən Əmiraslanov
35. Tərzin Cahangirov

Baş məşqçi: Ramiz Məmmədov

Ramiz Məmmədov: “Oyun çətin keçdi, komandamı qələbə münasibəti ilə təbrik edirəm. Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər, əzmkarlıq göstərib qalib gəldilər”.

Əfqan Talıbov: “Bir-birindən fərqlənən iki hissə izlədik. İlk hissədə üstünlük bizim tərəfdə idi. Həm texniki, həm taktiki cəhətdən çətin oyun oldu. Əsas heyətin üç üzvünün bu gün oynamaması oyunumuza təsir etdi, ikinci hissədə vəziyyətimiz daha da çətinləşdi. Qışda komandanın heyətinin 70-80%-ni saxlamağa çalışacağam”.