2020-ci ildə 19 oyun
Xəbərlər / 30 Dekabr 2020 | 13:04212
2020-ci ildə 19 oyun

Başa çatmaqda olan 2020-ci il son günlərini yaşayır. “Qəbələ”nin əsas komandası bu il yalnız Premyer Liqada meydana çıxıb. Komandamız bu müddətdə 19 rəsmi oyun keçirib. Buna koronavirus pandemiyası səbəb olub. “Qırmızı-qaralar” sona çatdırılmadan yekunlaşan 2019/20 mövsümündə cəmi 6 matça çıxıb, cari çempionatda isə 13 görüşdə qüvvəsini sınayıb. Hər iki mövsümün kubok görüşləri də baş tutmayıb.

“Qəbələ”  2020-ci ildə 5 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən futbolçularımız 31 qol buraxıb. 9 ev oyununda 2 qələbə və eyni sayda məğlubiyyəti olan “qırmızı-qaralar” 5 heç-heçə edib. Top fərqi komandamızın xeyrinə olub – 13:11.

Səfərdə daha çox – 10 görüş keçirən futbolçularımız 3 qələbə və 1 heç-heçəyə imza atıb. 6 məğlubiyyəti olan komanda 11 top vurub və 20-ni buraxıb.

02.02.2020. Qəbələ - Keşlə - 1:2

07.02.2020. Sabah - Qəbələ - 3:2

16.02.2020. Səbail - Qəbələ - 3:1

22.02.2020. Qəbələ - Neftçi - 0:2

01.03.2020. Zirə - Qəbələ - 1:2

07.03.2020. Qəbələ - Sumqayıt - 5:0

23.08.2020. Qəbələ - Zirə - 1:1

13.09.2020. Sabah - Qəbələ - 3:0

19.09.2020. Qəbələ - Keşlə - 0:0

27.09.2020. Neftçi - Qəbələ - 1:1

03.10.2020. Qəbələ - Sumqayıt - 1:1

17.10.2020. Qarabağ - Qəbələ - 3:0

24.10.2020. Qəbələ - Səbail - 1:1

31.10.2020. Qəbələ - Sabah - 2:1

07.11.2020. Keşlə - Qəbələ - 3:1

22.11.2020. Qəbələ - Neftçi - 1:4

30.11.2020. Sumqayıt - Qəbələ - 0:1

20.12.2020. Qəbələ - Qarabağ - 1:1

24.12.2020. Səbail - Qəbələ - 1:3

2020-ci ildə keçirilən 19 matçda 30 futbolçu “Qəbələ”nin formasını geyinib. Baş məşqçi Elmar Baxşıyevin ən çox şans verdiyi oyunçular 16 dəfə meydana çıxıb. Bunlar Asif Məmmədov, Rövlan Muradov, Nikolas Raysel və Merab Qiqauridir. Qapıçı Anar Nəzirov 15 görüşdə iştirak edib.

“Qırmızı-qaralar”ın vurduğu 24 qola 11 futbolçu imza atıb. İlin bombardiri Nikolas Rayseldir. O, 6 dəfə fərqlənib. Rövlan Muradovla Rafael Utziqin hərəsi 3 qola sevinib. Asif Məmmədov, Ülvi İsgəndərov, Yusif Nəbiyev və İvitsa Juniçin aktivində 2 top var. 2020-ci ildə fərqlənməyi bacaran digər 4 futbolçumuz bir dəfə rəqib qapısına yol tapıb.

futbolçu      oyun     dəqiqə    qol    sarı    qırmızı

Asif Məmmədov     16     1085     2     6     0

Nikolas Raysel     16     1302     6     5     1

Merab Qiqauri     16     1440     0     5     0

Rövlan Muradov     16     1105     3     10     1

Anar Nəzirov     15     1325     -22     3     0

İdris İnqilablı     14     1150     0     2     0

Yurgen Qoxa     12     1061     1     2     0

Vinko Medimoreç     12     1033     0     1     0

Cavid Hüseynov     11     515     0     2     0

Rafael Utziq     11     872     3     2     0

Murad Musayev     11     877     0     2     0

Ülvi İsgəndərov     11     536     2     1     0

Stefan Vukçeviç     10     698     0     1     0

Yusif Nəbiyev     10     575     2     1     0

Qismət Alıyev     10     900     0     1     0

Ceyms Adeniyi     9     505     1     2     0

Ehtiram Şahverdiyev     7     221     0     0     0

Amin Seydiyev     6     540     1     0     0

İvitsa Juniç     6     515     2     0     0

Klesio Bauk     6     540     0     1     0

Ferreyroa Lopes     5     418     1     3     1

Tərlan Əhmədli     5     385     -9     2     0

Abdelrafik Jerar     4     206     0     1     0

Rüfət Əhmədov     4     315     0     1     0

Roman Hüseynov     4     58     0     0     0

Rodriqo Qattas     4     168     0     1     0

Sadiq Quliyev     3     205     0     2     0

Faiq Hacıyev     2     180     0     0     0

Yaovi Akakpo     2     20     0     0     0

Kamal Mirzəyev     1     1     0     0     0