21-ci dueli Vüsal Əliyev idarə edəcək
Xəbərlər / 11 Mart 2013 | 13:07438
21-ci dueli Vüsal Əliyev idarə edəcək

Topaz Premyer Liqasının “altılıq”dakı ilk turunda martın 13-ü “Qəbələ” “İnter”lə qarşılaşacaq. Ramiz Məmmədovun yetirmələri XXIII turun bu matçını öz meydanında keçirəcək. Bu görüş komandaların ümumilikdə 21-ci, çempionatda 19-cu qarşılaşması olacaq. Belə ki, 2 oyun Azərbaycan kubokuna təsadüf edib.

Komandaların ilk görüşü təxminən 6 il yarım əvvəl – 2006-cı ildə baş tutub. Həmin vaxt qolsuz heç-heçə qeydə alınıb. Bundan sonra rəqiblər daha 5 dəfə qalibi müəyyənləşdirə bilməyərək meydandan bərabərliklə ayrılıb. 10 matçda “İnter”, 4 görüşdə “Qəbələ” qalib gəlib. “Qırmızı-qaralar” bu dəfə 5-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. Top fərqində də bakılılar öndədir – 30:15.

Lakin paytaxt təmsilçisinin üstünlüyü əvvəlki illərdə qazanılan qələbələr sayəsindədir. Son illərdə isə bərabər səviyyədə mübarizə müşahidə olunur. Son 2 il yarım müddətində baş tutan 7 qarşılaşmada bərabərlik hökm sürür: hərəyə 2 qələbə və 3 heç-heçə.

Ümumiyyətlə 2010-cu il sentyabrın 19-da baş tutan qarşılaşmadan sonra qonaqlar qələbə qazana bilmir. Çünki son 7 qarşılaşmada ya heç-heçə qeydə alınır, ya da meydan sahibləri qalib gəlir. Son 4 oyunda qonaqlar xala da həsrət qalıb. “İnter” də, “Qəbələ” də son 2 ev matçında qalib gəlib. Məmmədovun yetirmələri ardıcıl 4 oyundur “İnter”in qapısına yol tapmaq ənənəsini davam etdirməyə çalışacaq. Çünki son 4 dueldə komanda ən azı 1 qol vurur.

“Qəbələ” “İnter”lə öz meydanında keçirdiyi oyunlarda üstünlüyə malikdir. 11-ci dəfə bakılıları qonaq edəcək “qırmızı-qaralar” 4 dəfə qonaqları məğlub edib. Digər matçlardan 3-də heç-heçə, 3-də “İnter”in qələbəsi qeydə alınıb. Bu matçlardakı top fərqi də meydan sahiblərinin xeyrinədir – 8:6. 

Bu arada "Qəbələ"-"İnter" matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib. Görüşdə ədaləti Vüsal Əliyev təmin edəcək. 

“Qəbələ” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, İlham Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu, 15:00

2006/07

05.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - İnter (Bakı)

0:0

2006/07

12.02.2007

Premyer Liqa

İnter (Bakı) - Gilan (Qəbələ)

2:0

2007/08

02.12.2007

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1

2007/08

28.05.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:0

2008/09

30.08.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2008/09

07.03.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2008/09

29.04.2009

Azərbaycan kuboku

İnter (Bakı) - Qəbələ

5:0

2008/09

06.05.2009

Azərbaycan kuboku

Qəbələ - İnter (Bakı)

2:0

2009/10

26.09.2009

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

3:2

2009/10

24.12.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2009/10

10.04.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:1

2009/10

15.05.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:1

2010/11

19.09.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2010/11

13.11.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

0:0

2011/12

23.10.2011

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2011/12

11.12.2011

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:0

2011/12

24.03.2012

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1

2011/12

22.04.2012

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

2:1

2012/13

10.08.2012

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:0

2012/13

17.02.2013

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

2:1