28 oyun, 25 futbolçu
Xəbərlər / 24 May 2021 | 20:41213
28 oyun, 25 futbolçu

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə “Qəbələ”nin heyətində 25 futbolçu meydana çıxıb. Arxada qalan 28 turda “qırmızı-qara” formada ən çox matçda iştirak edən oyunçu Nikolas Rayseldir. Fransalı legioner 26 qarşılaşmada şans qazanıb. Üç futbolçu – Rafael Utziq, Stefan Vukçeviç və Asif Məmmədov hərəyə 25 oyunda meydana çıxıb. Baş məşqçi Elmar Baxşıyevin güvəndiyi 25 nəfərlik heyətdən 16-sı qarşılaşmaların yarısından çoxunda iştirak edib.

Bu oyunçulardan 16-sı yerli, 9-u legioner statusu daşıyıb. Əcnəbilər müxtəlif ölkələri təmsil edib: Fransa, Gürcüstan, Çili, Monteneqro, Toqo, Albaniya, Xorvatiya, Braziliya və Nigeriya.

Mövsüm ərzində iki qolkiper “Qəbələ”nin qapısını qoruyub. Anar Nəzirov 22, Tərlan Əhmədli 7 matçda forma geyinib.

“Qəbələ”nin qollarına 11 futbolçu imza atıb. “Qırmızı-qaralar”ın bombardiri Rafael Utziqdir. Braziliyalı legioner rəqib qapılarına 5 dəfə yol tapıb. Ceyms Adeniyinin aktivində 4 top var. Nikolas Raysel 3 dəfə fərqlənib. Üç oyunçu 2, beş futbolçu isə 1 dəfə qol sevinci yaşayıb.

 

futbolçu   oyun   dəqiqə   qol   sarı   qırmızı

Nikolas Raysel   26   2186   3   2   1

Rafael Utziq   25   2109   5   5   0

Stefan Vukçeviç   25   1955   1   4   0

Asif Məmmədov   25   1834   2   7   0

Yurgen Qoxa   24   2030   2   7   0

Vinko Medimoreç   23   2023   1   2   0

Ceyms Adeniyi   23   1512   4   4   0

Anar Nəzirov   22   1955   -35   6   0

Merab Qiqauri   22   1780   1   7   2

Rövlan Muradov   21   1348   1   7   1

Cavid Hüseynov   20   774   0   5   0

Murad Musayev   18   1489   0   6   0

Ülvi İsgəndərov   18   621   1   0   0

Rüfət Əhmədov   17   1483   0   4   1

Ehtiram Şahverdiyev   16   1045   0   3   0

İdris İnqilablı   15   1213   0   1   0

Yusif Nəbiyev   14   597   2   2   0

Tərlan Əhmədli   7   565   -9   1   0

Roman Hüseynov   6   67   0   0   0

Qismət Alıyev   5   450   0   1   0

Kamal Mirzəyev   4   192   0   2   0

Faiq Hacıyev   2   180   0   0   0

Rodriqo Qattas   2   135   0   1   0

Sadiq Quliyev   1   18   0   0   0

Yaovi Akakpo   1   13   0   0   0