3 yığmada 23 «Qəbələ»li
Xəbərlər / 14 İyul 2012 | 14:06382
3 yığmada 23 «Qəbələ»li

Aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarında yetirmələri ilə üstünlük təşkil edən “Qəbələ” Futbol Akademiyası bu üstünlüyünü U-15, U-16 və U-17 yığmalarının son təlim-məşq toplanışlarında da davam etdirib. Umumilikdə 3 komandada 23 futbolçumuza millinin formasını geyinmək şansı verilib. Belə ki, iyunun 17-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində keçirilən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasıın təlim-məşq toplanışına 9 (Mustafazadə Bəhlul, Hüseynov Roman, Əlibabayev Vüqar, Mirzəyev Sahil, Süleymanov Coşqun, Hüseynov Məhəmməd, Dedyukin Aleksey, Məmmədzadə Mirəli, Əsədli Fərid), iyulun 15-dən 21-ə qədər Qəbələdə baş tutacaq 15 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışına 10 (Süleymanov Süleyman, Baxşəliyev Baxşəli, Manafov Turan, İsmayılov Azər, Nəbiyev Fərid, Süleymanov Coşqun, Əsədli Fərid, Elvin Dəmirov, Rəfiyev Kənan, Quliyev Nurlan), İyulun 16-dan 26-a qədər Avstriyanın Murau şəhərində keçiriləcək 17 yaşadək futbolçulardan ibarət milli komandanın düşərgəsinə isə 4 (Həsənli Əli, Şahverdiyev Ehtiram, Əhmədov Tərlan, Aslanlı İbrahim) “Qəbələ” yetirməsi dəvət alıb.