300-cü qələbə
Xəbərlər / 12 Aprel 2025 | 12:25839
300-cü qələbə

“Qəbələ” tarixində 300-cü qələbəsini qazanıb.

 

Bu, I Liqanın XXI turunda gerçəkləşib. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Difai”ni 4:0 hesabı ilə məğlub edib.

 

300-cü qələbə 720-ci oyunda qeydə alınıb. “Qəbələ” Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.

 

“Difai” üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komandamız 2 dəfə də neytral meydanda sevinib.

 

Qeyd edək ki, “Qəbələ”nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın “Şərur”la matçında rəsmiləşib – 8:0.