32 tur, 34 futbolçu, 3 baş məşqçi
Xəbərlər / 24 May 2013 | 07:38275
32 tur, 34 futbolçu, 3 baş məşqçi

2012/13 mövsümünün yekunları - 1


- Topaz Premyer Liqasının 2012/13 mövsümündə 34 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. 

- Topaz Premyer Liqasının 2012/13 mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirənlər Luiz Paulo Hilaro və Yannik Kamanandır. Onlar hərəsi 30 dəfə meydana çıxıb. Luiz dəqiqə baxımından komanda yoldaşını arxada qoyub – müvafiq olaraq 2544 və 1977 dəqiqə. 

- Ümumilikdə 11 futbolçu oyunların ən azı yarısında – minimum 17 qarşılaşmada meydana çıxıb. 

- 4 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar Murad Musayev, Muammer Erdoğdu, Sadiq Quliyev və Rəşid Əmiraslanovdur.

- 34 futbolçudan 2-si qapıçıdır: Dieqo Kosta və Anar Nəzirov. Onlar eyni sayda hərəyə 16 oyun keçirib və 1440 dəqiqə meydanda olublar. Anar 21, braziliyalı legioner 19 top buraxıb. 

- Digər 32 futbolçu isə sahə oyunçularıdır.

- Bu oyunçulardan 11-i qol sevinci yaşayıb. 

- Hərəyə 6 dəfə fərqlənən Lourival Rodriges və Viktor Mendi ümumilikdə 32 qolu olan komandanın ən yaxşı bombardirləridir. Yannik Kamanan və Rəşad Abdullayev hərəyə 5, Luiz Hilario 3 dəfə rəqib qapısına yol tapıb. Umar Kalabanenin 2 qolu var. Bruno da Silva, Dejan Kelhar, Aleksandr Çertoqanov, Mustafa Dabo və Luka Zinko isə 1 qolun müəllifi olublar.

- Komandamızın lehinə 6 penalti təyin edilib. Bu zərbələrdən yalnız 3-ü dəqiq olub. Abdullayev hər 2 imkanı qola çeviribsə, Rodriges 2 zərbədən birində hədəfə düşüb. Da Silva ilə Kamanan isə penaltidən yararlanmayıb.

- “Qəbələ”nin qapısına təyin edilən 4 penalti 2 qapıçı arasında bərabər bölünüb. Nəzirov hər iki zərbəni buraxıbsa, Kosta 1 dəfə rəqibin yanlış zərbəsinə sevinib.

- “Qəbələ” mövsüm ərzində 72 sarı vərəqə ilə cəzalanıb.

- 34 futbolçudan 25-i ən azı 1 sarı vərəqə alıb. 

- Hamıdan çox – 8 dəfə Ürfan Abbasova sarı vərəqə verilib. Luiz Hilario, Elmar Baxşıyev, Daniel Lopes Kruz da 7 sarı alıb.

- Cəmi 9 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb.

- Onlar arasında ən çox oyun Bruno da Silva keçirib. O, 17 matçı cəzasız keçirib.
 
- İntizamlılar arasında meydanda ən çox dəqiqə keçirən də Brunodur - 1168 dəqiqə. - “Qəbələ” çempionat ərzində 7 dəfə qırmızı vərəqə alıb. Futbolçular 1 dəfə birbaşa, 6 dəfə ikinci sarı vərəqə görə qırmızı vərəqə alıb. Aleksandr Çertoqanov hamıdan çox – 3, Ürfan Abbasov, Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Rəşad Abdullayev hərəyə 1 dəfə meydanı vaxtından əvvəl tərk edib. Rəşad birbaşa, digərləri ikinci sarıya görə bu aqibətlə üzləşib.
 
- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 19-u yerli, 15-i legioner statusu daşıyır.
 
- Yerlilərdən biri Aleksandr Çertoqanov milliləşən ukraynalıdır.

- Onu yerli statusu ilə saysaq, “Qəbələ”də 9 ölkədən legionerlər çıxış edib. Komandada Braziliyadan 5, Sloveniya və Seneqaldan 2, Serbiya, Fransa, Nigeriya, Rumıniya, Qvineya, Türkiyənin hərəsindən 1 oyunçu oynayıb.

- Komandanın ən yaşlı futbolçusu Yaşar Abuzərovdur. Martın 13-də “İnter”lə görüşdə onun 35 yaş 5 ay 24 günlüyü idi.
 
- Komandanın ən gənc futbolçusu isə Sadiq Quliyevdir. O, aprelin 28-də “Qarabağ”
la baş tutan matç zamanı 18 yaş 1 ay 19 günlük idi. 

- Ümumilikdə mövsümün sonunadək 34 futbolçudan 11-i 30 yaş həddini aşıb, 3-ü isə 20 yaşı tamam olmayandır.

- “Qəbələ”nin 34 futbolçusunun orta yaş həddi 26 yaş 10 ay 24 gündür. 

- Komandanın uğurlu fərqli qol seriyası Yannik Kamanana məxsusdur. O, XX və XXI turlarda üst-üstə 3 qola sevinib. Luiz Hilario XI və XII, Rəşad Abdullayevlə Viktor Mendi isə XIII və XIV turlarda ardıcıl qol sevinci yaşayıb.

- “Qəbələ” 7 oyunda qapısını toxunulmaz saxlayıb. “Quru oyun”ların 4-ü Dieqo kosta, 3-ü Anar Nəzirovun hesabındadır. Onların heç biri ardıcıl 2 belə matç keçirməyib.

- Çempionat ərzində “Qəbələ”ni  meydana 5 kapitan çıxarıb: Rəşad Abdullayev – 21, Elmar Baxşıyev – 6, Aleksandr Çertoqanov – 3, Yannik Kamanan, Vurğun Hüseynov – hərəsi 1.

 

OYUN

DƏQIQƏ

QOL

PEN

DƏQİQ

SARI

QIRMIZI

CÜT

BİRBAŞA

Luiz Paulo Hilario

30

2544

3

0

0

7

0

0

0

Yannik Kamanan

30

1977

5

1

0

3

0

0

0

Dejan Kelhar

28

2463

1

0

0

1

0

0

0

Ürfan Abbasov

28

2252

0

0

0

8

1

1

0

Umar Kalabane

27

2410

2

0

0

6

0

0

0

Lourival Rodriges

27

1852

6

2

1

3

0

0

0

Rəşad Abdullayev

25

2029

5

2

2

4

1

0

1

Viktor Mendi

24

1519

6

0

0

2

0

0

0

Aleksandr Çertoqanov

21

1598

1

0

0

3

3

3

0

Elmar Baxşıyev

19

1333

0

0

0

7

0

0

0

Bruno da Silva

17

1168

1

1

0

0

0

0

0

Anar Nəzirov

16

1440

-21

2

2

1

0

0

0

Kosta Silva Dieqo

16

1440

-19

2

1

3

0

0

0

Şəhriyar Xəlilov

15

662

0

0

0

3

0

0

0

Daniel Lopes Kruz

13

1045

0

0

0

7

0

0

0

Nikola Valentiç

10

794

0

0

0

2

0

0

0

Kristian Pulhak

10

785

0

0

0

1

0

0

0

Yaşar Abuzərov

10

178

0

0

0

1

0

0

0

Nodar Məmmədov

9

478

0

0

0

1

0

0

0

Rövşən Əmiraslanov

8

384

0

0

0

0

1

1

0

Luka Zinko

8

300

1

0

0

2

0

0

0

Amit Quluzadə

7

594

0

0

0

0

0

0

0

Tarzin Cahangirov

7

538

0

0

0

0

0

0

0

Mustafa Dabo

7

489

1

0

0

0

0

0

0

Vurğun Hüseynov

7

294

0

0

0

2

1

1

0

Kamal Mirzəyev

5

351

0

0

0

2

0

0

0

Amil Yunanov

5

73

0

0

0

1

0

0

0

İfeanyi Emeqara

4

145

0

0

0

1

0

0

0

Müşfiq Teymurov

3

111

0

0

0

0

0

0

0

Ceyhun Sultanov

3

90

0

0

0

1

0

0

0

Murad Musayev

1

90

0

0

0

0

0

0

0

Sadiq Quliyev

1

90

0

0

0

0

0

0

0

Muammer Erdoğdu

1

13

0

0

0

0

0

0

0

Rəşid Əmiraslanov

1

3

0

0

0

0

0

0

0

- “Qəbələ”ni Premyer Liqanın 32 matçına 3 baş məşqçi çıxarıb. VI turdan sonra istefa verən Fatih Kavlakı Ramiz Məmmədov, XXIV turdan sonra isə sonuncunu Luis Araqon əvəzləyib.


Fatih Kavlak (Türkiyə)

6

2

1

3

7-9

7

Ramiz Məmmədov

18

7

4

7

20-21

25

Luis Araqon (İspaniya)

8

1

3

4

5-10

6