4 karateçi 4 medal
Karate / 7 Aprel 2014 | 06:29750
Azərbaycan karateçiləri İstanbulda baş tutan 27-ci Beynəlxalq “Boğaziçi” turnirini zəfərlə başa vurublar. İdmançılarımız 4 qızıl, 2 gümüş və 10 bürünc medal olmaqla 16 mükafata sahib olublar. Yığma komandada 4 karateçi ilə təmsil olunan "Qəbələ" İdman Klubu millimizə 4 medal qazandırıb. Kişilərdən ibarət milli komandamız komanda kumite yarışının da qalibi olub. Turnirin favoritləri hesab edilən karateçilərimiz Rəfael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) onlara bəslənən ümidləri doğruldublar və qızıl medal qazanıblar. Rafiz Həsənov (-67 kq) yalnız finalda qələbəni əldən verib. Orxan Heydərli (+84 kq) isə bürünc mükafatlarla kifayətlənməli olub.
Xatırladaq ki, “Boğaziçi” açıq turnirində 16 ölkədən 756 idmançı iştirak edib.