450-ci qol
Xəbərlər / 18 Sentyabr 2022 | 15:14160
450-ci qol

“Qəbələ” evdə 450-ci qolunu vurub. Yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib. “Sumqayıt” üzərində 1:0 hesablı qələbəni rəsmiləşdirən top “qırmızı-qaralar”ın tarixinə öz meydanındakı 450-ci qol kimi düşüb. Qonaqların qapısına braziliyalı Ramon Maçado yol tapıb.

“Qəbələ”nin 450-ci ev qolu 310-cu matçda vurulub. Komandamız Premyer Liqada 308, Azərbaycan kubokunda 71, birinci divizionda 46, avrokuboklarda 25 dəfə qonaqların qapısına yol tapıb.

Xatırladaq ki, ilk qol 2005-ci il sentyabrın 21-də birinci divizionun “Şərur”la ev qarşılaşmasına təsadüf edib. 8:0 hesablı qələbənin qeydə alındığı görüşdə hesab rəqib futbolçu İlqar İbrahimovun avtoqolu ilə açılıb.