48 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
Xəbərlər / 26 Dekabr 2012 | 13:59312
48 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarının hər birində ilk dövrəyə yekun vurulub. Bununla bağlı “Qəbələ” Futbol Akademiyasında 2012-2013 mövsümünün ilk yarısına həsr olunmuş tədbir keçirilib. Toplantıda akademiya üzrə birinci dövrənin ən yaxşı futbolçusunun adı açıqlanıb. “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandasının kapitanı, Azərbaycan U-17 milli komandasının üzvü Roman Hüseynov bu nominasiyanın qalibi olub. Futbolçuya “Galaxy Tab 2” planşeti hədiyyə olunub və gələcək oyunlarda daha böyük uğurlar arzulanıb. Tədbirin ardından gənc futbolçu fikirlərini gabalafc.az-la bölüşüb:

"Çox sevincliyəm. Akademiyamızda istedadlı futbolçular çoxdur. Onların arasından fərqləndirilmək qürurvericidir. Əgər meydançada kiçik də olsa bir uğurum varsa, bunun başlıca səbəbkarı məşqçilərimiz və komanda yoldaşlarımdır. Hamısına təşəkkür edirəm. Çalışacam ki, peşəkar futbolçu kimi yetişib mənə olan ümidləri doğruldum".  

Ümumilikdə 2012-2013 mövsümünün ilk yarısını “Qəbələ” Futbol Akademiyası üçün uğurlu saymaq olar. Ölkə çempionatlarında 6 yaş qrupu üzrə - U-11, U-13, U-14, U-15, U-16 və U-17 komandaları ilə təmsil olunan akademiyamız 4 turnirdə fasiləyə qış çempionu kimi yollanıb. 52 oyuna çıxan “qırmızı-qaralar” bu qarşılaşmaların 48-də meydançanı qalib kimi tərk ediblər. Qalan 4 qarşılaşmalardan üçündə heç-heçə, yalnız birində məğlubiyyət qeydə alınıb. Rəqib qapılarına 255 dəfə yol tapan “Qəbələ” yetirmələri, öz qapılarında cəmi 22 top görüblər.   

No

Liqa

O

Q

H

M

T/F

X

Y

1.

U-17 Liqası

11

10

1

0

31-9

31

1

2.

U-16 Liqası

9

7

1

1

41-7

22

2

3.

U-15 Liqası

8

8

0

0

44-4

24

1

4.

U-14 Liqası

8

8

0

0

62-0

24

1

5.

U-13 Liqası

8

7

1

0

44-1

22

2

6.

U-11 Liqası

8

8

0

0

33-1

24

1

CƏMİ

52

48

3

1

255-22

147