5 cüdoçumuz Azərbaycan yığmasında
Xəbərlər / 11 Mart 2014 | 08:52280
5 cüdoçumuz Azərbaycan yığmasında

Azərbaycanın gənclərdən ibarət yığma komandası martın 9-da Gürcüstanın Qori şəhərinə 2 həftəlik təlim-məşq toplanışına yollanıb. Yığmanın tərkibində 5 "Qəbələ" cüdoçusu - Cəlil Şükürov, Mehman Sadıxov, İsgəndər Talışinski, Vasif Şərbətli və Rüfət İsmayılov yer alıb. Təlim-məşq toplanışı 5-6 aprel tarixlərində Yunanıstanda keçiriləcək Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.