Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turunun rəmzi komandası müəyyənləşib. PFL-in “İnStat” şirkətinin təhlilinə əsasən açıqladığı “11-lik”də “Qəbələ”nin 5 futbolçusu yer alıb. Buna onların “Səbail” üzərindəki 3:0 hesablı qələbə qazanılan oyundakı uğurlu çıxışı səbəb olub. Müdafiəçi İlqar Qurbanov, yarımmüdafiəçilər Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora, həmçinin hücumçu Ceyms Adeniyi rəmzi komandaya daxil edilib.
I turun rəmzi yığması
Qapıçı: Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”) Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”)
Hücumçular: Ceyms Adeniyi (“Qəbələ”), Mirabdulla Abbasov (“Neftçi”)