Azərbaycan milli komandasının heyəti açıqlanıb. Martın 9-da keçiriləcək yoldaşlıq oyununda Qətərlə qarşılaşacaq yığmaya 23 futbolçu dəvət alıb. Baş məşqçi Robert Prosineçkinin açıqladığı siyahıda “Qəbələ”nin 6 futbolçusu yer alıb. Bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov, Tellur Mütəllimov, yarımmüdafiəçilər Araz Abdullayev, Cavid Hüseynov və hücumçu Ruslan Qurbanovdur. Təlim-məşq toplanışına martın 6-da start verəcək komandamız Qətərlə yoldaşlıq oyununu Dohada keçirəcək.
Xatırladaq ki, Tellur millinin debütantıdırsa, Cavid 46, Araz 20, Ruslan 15, Məhəmməd 13, Ürfan 1 oyun keçirib. Hüseynovun yığmada 2, Ruslanın 1 qolu var.