“Qəbələ”nin 6 futbolçusu Azərbaycan U-19 yığmasına çağırılıb. Bunlar Həsən Həsənli, Süleyman Damadayev, Ülvü Mədətov, Rauf Rüstəmli, Gülağa Əsədov və Mehrac Baxşalıdır. Oyunçularımız 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız iyulun 26-dan avqustun 7-dək Bakıda hazırlıq keçəcək. Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-19 avqustun 3-də və 6-da gürcüstanlı yaşıdları ilə qarşılaşacaq.