Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib. “İnStat” şirkətinin təhlilinə əsasən “Qəbələ”nin futbolçusu Fernan Lopez turun oyunçusu seçilib. “Zirə”yə qarşı görüşdə (3:0) 76 dəqiqə meydanda olub, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan ispaniyalı yarımmüdafiəçinin indeksi 352 göstərici ilə qiymətləndirilib.
Rəmzi komandada isə “Qəbələ”nin 7 oyunçusu yer alıb. Qapıçı Anar Nəzirov (268) ikinci, müdafiəçi İvitsa Juniç (289) ilk dəfə “11-liy”ə daxil edilib. Yarımmüdafiəçilərdən Merab Qiqauri (290) dördüncü, Fernan Lopez (352) üçüncü, Klesio Bauk (318) ikinci, Rövlan Muradov (249) ilk dəfə rəmzi komandaya düşüb. Hücumçu Davit Volkov (270) da dördüncü dəfə turun ən yaxşıları arasında yer alıb.