700-cü oyun
Xəbərlər / 25 Sentyabr 2024 | 16:13430
700-cü oyun

“Qəbələ” I Liqanın III turunda “Mingəçevir”lə görüşəcək. Sabah Qəbələ şəhər stadionunda keçiriləcək görüş “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq.

 

Komandamız tarixinin 700-cü matçına çıxacaq. İndiyədək 699 oyun keçirən “Qəbələ” Premyer Liqada 540, ölkə kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb.

 

“Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran komandamız 794 top buraxıb.

 

 

Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komandamız I dəstənin ev görüşündə 8:0 hesabı ilə qalib gəlib.