8 futbolçumuz seçmə mərhələdə
Xəbərlər / 4 Oktyabr 2021 | 17:03163
8 futbolçumuz seçmə mərhələdə

“Qəbələ”nin 8 futbolçusu U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Məmməd Muradov, Samir Ağayev, Ravil Qafarov, Murad Musayev, Rüfət Bədəlzadə, Eşqin Əhmədov, Şahin Şahniyarov və Sənan Ağalarov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyətində yer alıb. Millimiz seçmə mərhələ çərçivəsində Belçikada qüvvəsini sınayacaq. Oktyabrın 6-da Norveç, üç gün sonra Belçika ilə qarşılaşacaq yığmamız ayın 12-də Lüksemburqla üz-üzə gələcək.