8 futbolçumuz U-17-də
Xəbərlər / 19 Mart 2021 | 17:20174
8 futbolçumuz U-17-də

“Qəbələ”nin 8 oyunçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Ravil Qafarov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarovdur. Millimiz martın 20-dan aprelin 1-dək təlim-məşq toplanışında olacaq. U-17-nin hazırlıq prosesi Tovuzdakı “Turan Tovuz” Futbol Akademiyasında baş tutacaq.