8 futbolçumuz U-17-də
Xəbərlər / 24 May 2021 | 19:30157
8 futbolçumuz U-17-də

“Qəbələ”nin 8 oyunçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcək. Bu futbolçular Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Okan Təhməzli, Sənan Ağalarov və Eşqin Əhmədovdur. U-17 millimiz mayın 25-dən iyunun 4-dək Tovuzda, “Turan Tovuz” Futbol Akademiyasında hazırlıq keçəcək.