8 futbolçumuz U-17-də
Xəbərlər / 20 Sentyabr 2021 | 11:04163
8 futbolçumuz U-17-də

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesində “Qəbələ”nin 8 oyunçusu iştirak edəcək. Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Eşqin Əhmədov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov və Sənan Ağalarov sentyabrın 20-dən 28-dək təşkil olunacaq toplanışa qatılacaq. Hazırlıq prosesi Bakıda baş tutacaq. Yığmamız toplanış çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-17 sentyabrın 24-də və 27-də belaruslu həmyaşıdları ilə qarşılaşacaq.