80-ci səfər qələbəsi
Xəbərlər / 5 May 2022 | 20:27355
80-ci səfər qələbəsi

“Qəbələ” Premyer Liqada 80-ci səfər qələbəsini qazanıb. Bu, XXV turun “Zirə” ilə görüşünə təsadüf edib. “Qırmızı-qaralar” Bakıda 3:0 hesabı ilə qalib gəlib.

Bu, komandamızın çempionatda rəqib meydanlarında keçirdiyi 233-cü qarşılaşmada gerçəkləşib. Digər matçlarda 57 heç-heçəsi olan “qırmızı-qaralar” 96 dəfə uduzub.

“Qəbələ”nin Premyer Liqada ilk səfər qələbəsi 2006/07 mövsümünə təsadüf edib. 2006-cı il avqustun 26-da komandamız Qusar “Şahdağ”ını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.