9-cu start
“Qəbələ” bu həftə Topaz Premyer Liqasının 2014/15 mövsümündə ilk matçına çıxacaq. Yeni çempionat klubun tarixində çempionatın yüksək liqasında 9-cu mövsüm olacaq. 2006/07 mövsümündə güclülər dəstəsində debüt edən “qırmızı-qaralar”ın tarixinin ən yaxşı nəticəsi ötən mövsümə təsadüf edən komanda bürünc mükafatçı olub.
Əvvəlki 8 mövsümün 5-də “Qəbələ” çempionatı ilk “altılıq”da tamamlayıb. Qələbə (18), qol (48), xal (61) fərqində də ən yaxşı nəticə 2013/14 mövsümündə qeydə alınıb. 2010/11 mövsümü isə ən az məğlubiyyət (7), ən az buraxılan top (18) və top fərqi (13) ilə fərqlənib.
mövsüm | O | Q | H | M | T/H | X | YER |
| 2006/07 | 24 | 4 | 4 | 16 | 17-47 | 16 | 11 |
| 2007/08 | 26 | 11 | 3 | 12 | 33-36 | 36 | 6 |
| 2008/09 | 26 | 9 | 6 | 11 | 28-21 | 33 | 10 |
| 2009/10 | 32 | 13 | 10 | 9 | 36-36 | 49 | 6 |
| 2010/11 | 32 | 13 | 12 | 7 | 31-18 | 51 | 7 |
| 2011/12 | 32 | 15 | 7 | 10 | 43-32 | 52 | 5 |
| 2012/13 | 32 | 10 | 8 | 14 | 32-40 | 38 | 6 |
| 2013/14 | 36 | 18 | 7 | 11 | 48-36 | 61 | 3 |
“Qəbələ” tarixində 240 Premyer Liqa oyununa çıxıb. Bu qarşılaşmalarda qələbəsi (93) məğlubiyyətindən (90) çox olan “qırmızı-qaralar” top fərqində də müsbət saldoya malikdir. Komanda buraxdığından 2 top artıq vurub – 368-266.
mövsüm | O | Q | H | M | T/H | X |
| Cəmi | 240 | 93 | 57 | 90 | 268-266 | 336 |
| Evdə | 120 | 55 | 27 | 38 | 145-107 | 192 |
| Səfərdə | 120 | 38 | 30 | 52 | 123-159 | 144 |
İndiyədək 152 futbolçu Premyer Liqada “Qəbələ”nin formasını geyib. “Qırmızı-qaralar” arasında rekordçu Luis Paulo Hilariodu. Klub tarixində ən çox – 109 oyun keçirən braziliyalı bu matçlarn 96-nı Premyer Liqada keçirib. Çempionatda ən çox oyun keçirən 5 futbolçu legionerdir. Yerlilər arasında rekordçu olan Samir Zərgərov (69) 6-cıdır. İlk “onluq”da 3 yerli, 7 legioner var.
| 1. | Luiz Paulo Hilario | 96 |
| 2. | Pavel Doroşev | 90 |
| 3. | Abdulkader Kamara | 88 |
| 4. | Viktor Mendi | 87 |
| 5. | Lyubo Baranin | 82 |
| 6. | Samir Zərgərov | 69 |
| 7. | Vurğun Hüseynov | 65 |
| 8. | Yannik Kamanan | 62 |
| 9. | Ürfan Abbasov | 61 |
| 10. | Qoqa Beraya | 60 |
“Qəbələ”nin 65 futbolçusu Premyer Liqada qol sevinci yaşayıb. Onlardan başqa, daha 3 dəfə rəqib oyunçuları avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın ən məhsuldar oyunçusu Viktor Mendidir. Seneqallı çempionatda 21 dəfə fərqlənib. Komandanın 5 ən yaxşı bombardiri legionerdir. Yerlilər arasında ən çox qol vuran Kənan Kərimovdur. 14 futbolçu isə 7 və daha çox qol vurmağa nail olub.
1. | Viktor Mendi | 21 |
| 2-3. | Luiz Paulo Hilario (Dodo) | 16 |
| Yannik Kamanan | 16 | |
| 4. | Deon Barton | 15 |
| 5. | Daniel Subotiç | 12 |
| 6-7. | Kənan Kərimov | 11 |
| Vitali Balamestnı | 11 | |
| 8-9. | Farzad Hatəmi | 8 |
| Lorenzo Ebesilio | 8 | |
| 10-14. | Kristian Torres | 7 |
| Leonardo da Silva | 7 | |
| Samir Zərgərov | 7 | |
| Tomaş Stolpa | 7 | |
| Turnike Aptsiauri | 7 |
Premyer Liqa tarixində meydana çıxan ən gənc “Qəbələ”li Elnur Mustafayev 16 yaş 7 ay 25 günlüyündə debüt edib. Ən yaşlı Nadir Şükürov isə 40 yaş 2 ay 24 günlüyündə meydana çıxıb.
Ən gənc qolçu Amil Yunanov 19 yaş 4 ay 5 günlüyündə fərqlənib. Deon Barton isə ən yaşlı – 35 yaş 4 ay 30 günlüyündə qol vurmağı bacarıb.
Muntyanu “Qəbələ” ilə Premyer Liqada debüt edəcək. Rumıniyalı mütəxəssis komandanı çempionatda meydana çıxaracaq 7-ci çalışdırıcı olacaq. Ona qədər 2 yerli və 4 əcnəbi məşqçi ilə Premyer Liqada oynayan “Qəbələ”nin 5-ci legioner çalışdırıcısı Muntyanu olacaq. Rumıniyalıya qədər ingiltərəli Toni Adams, ispaniyalı Luis Araqon, türkiyəli Fatih Kavlak və rusiyalı Yuri Syomin də buna nail olub.
Baş məşqçi | mövsüm | O | Q | H | M | T/H | X |
| Ramiz Məmmədov | 5 | 118 | 43 | 26 | 49 | 129-144 | 155 |
| Toni Adams | 2 | 44 | 17 | 15 | 12 | 43-34 | 66 |
| Yuri Syomin | 1 | 36 | 18 | 7 | 11 | 48-36 | 61 |
| Fatih Kavlak | 2 | 26 | 13 | 5 | 8 | 38-25 | 44 |
| Luis Araqon | 1 | 8 | 1 | 3 | 4 | 5-10 | 6 |
| Faiq Cabbarov | 1 | 8 | 1 | 1 | 6 | 5-17 | 4 |