“90 dəqiqə ərzində oyuna nəzarət etdik”
Xəbərlər / 27 Oktyabr 2026 | 21:3120
“90 dəqiqə ərzində oyuna nəzarət etdik”

Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Mingəçevir”lə matçından (3:0) sonra komandamızın baş məşqçisi Yeton Bekiri fikirlərini bildirib:

 

“Kubok oyununda qalib gəlib növbəti mərhələyə keçmək vacib idi.  Çempionatda az oynamış futbolçulara daha çox şans verdik.

Digər vacib məqam o idi ki, oyunu zədəsiz, itkisiz başa vuraq. 90 dəqiqə ərzində oyuna nəzarət etdik. Birinci hissədə 3 qol vurduq. Fasilədən sonra da istəyirdim ki, futbolçular daha çox fərqlənsinlər. Ümumiləşdirsək, bizim üstünlüyümüzlə keçən yaxşı oyun oldu”.