Urfan Abbasova “Qəbələ”nin 300 nömrəli forması təqdim olunub. Hədiyyənin təqdimat mərasimi Misli Premyer Liqasının XXXII turunun bu gün keçirilən “Kəpəz”lə ev matçından əvvəl baş tutub.
“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında rekordçu olan müdafiəçi yubiley qarşılaşmasına dörd gün əvvəl çıxıb. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə cavab görüşündə 300-cü dəfə komandamızın formasını geyinib.
Qeyd edək ki, “Qəbələ”də 2012-ci ildə debüt edən Urfan 300 matçda 6 qol vurub.