Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura imza atıblar. Nəriman Abbasov və Hüseyn Əliyev Ukraynanın Odessa şəhərində təşkil olunan WMMAF üzrə beynəlxalq çempionatın qalibi adına yiyələnib. 70 kq çəki dərəcəsində çıxış edən Hüseyn bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nəriman isə eyni uğura 77 kq çəki dərəcəsində imza atıb.