Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandası açıqlanıb. “Qəbələ”nin iki futbolçusu “İnstat” şirkətinin təhlilinə əsasən tərtib olunan heyətdə yer alıb. “Keşlə”ylə səfər oyununda qol vuran hər iki oyunçu “11-liy”ə daxil edilib. Bunlar yarımmüdafiəçi Davit Volkov və hücumçu Ceyms Adeniyidir. Nigeriyalı forvard mövsümdə 7-ci dəfə rəmzi komandaya düşüb. Gürcüstanlı legioner isə 2-ci dəfə “11-liy”ə daxil edilib.