Ağayev İsveçdə qızıl medal qazandı
Xəbərlər / 23 Fevral 2020 | 01:20452
Ağayev İsveçdə qızıl medal qazandı

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti mükafatına yiyələnib. İdmançımız İsveçin Helsinqborq şəhərində təşkil olunan "Helsinqborq Open" beynəlxalq turnirində qüvvəsini sınayıb. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gəlib. İdmançımız qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.