Ağayevdən gümüş medal
Xəbərlər / 23 Oktyabr 2023 | 14:561617
Ağayevdən gümüş medal

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Qətər açıq çempionatında uğurla çıxış edib. Təmsilçimiz Dohada təşkil olunan yarışda 74 kq çəkidə mübarizə aparıb.

Ağayev G1 kateqoriyalı turnirdə finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici qarşılaşmada uduzan taekvondoçumuz gümüş medala yiyələnib.

Ümumiyyətlə, Azərbaycan taekvondoçuları Dohada 1 gümüş və 4 bürünc mükafata sahib olublar.