Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. İdmançımız İnsbrukda keçirilən açıq Avstriya çempionatında fərqlənib. O, G1 kateqoriyalı beynəlxalq yarışın çempionu olub.
74 kq çəkidə çıxış edən Ağayev 1/32 finaldan mübarizəyə başlayıb. Dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.