Ağayevlə Həsənovdan gümüş medal
Xəbərlər / 30 May 2022 | 12:03161
Ağayevlə Həsənovdan gümüş medal

“Qəbələ” İdman Klubunun karateçiləri Rafael Ağayevlə Rafiz Həsənov Avropa çempionatının gümüş medalını qazanıblar. Təmsilçilərimiz Türkiyənin Qaziantep şəhərində keçirilən 57-ci Avropa çempionatında uğura imza atıblar. Karateçilərimiz kişilərdən ibarət Azərbaycan milli komandasının heyətində fərqləniblər.

Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət yığma ilk görüşdə Kosovonu 3:1, ardından Portuqaliyanı 2:0, yarımfinalda isə Yunanıstan karateçilərini 3:0 hesabı ilə məğlub edib. Finalda Fransa komandasına 1:3 hesabı ilə məğlub olan millimiz yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, qitə çempionatına 45 ölkədən 454 karateçi iştirak edib.