Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. Beş gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri uğurla çıxış ediblər. İki taekvondoçumuz ölkə çempionu adına yiyələnib.
Cavad Ağayev 68 kq, Məhəmməd Məmmədov 74 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib. Qızıl medala yiyələnən taekvondoçularımız fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.