Akademiyada seminar
Xəbərlər / 7 Mart 2025 | 17:30409
Akademiyada seminar

“Qəbələ” Futbol Akademiyasında Futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan uşaq və gənclərin hüquq və maraqlarının müdafiəsi ilə bağlı mühazirə keçirilib. 

 

Qəbələ şəhər stadionunda təşkil olunan mühazirədə akademiyamızın U-9, U-10, U-11, U-12, U-13, U-14 və U-15 komandalarının futbolçu və məşqçi heyəti iştirak ediblər.

 

Akademiyanın meneceri Bəxtiyar Vaqifzadə tərəfindən keçirilən mühazirə zamanı uşaq və yeniyetmə futbolçulara onların hüquqlarından bəhs olunub. Menecer uşaqların rifahının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, tədbirlər zamanı onların təhlükəsizliyinin təmin edilməsindən danışıb. Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müxtəlif fikir mübadilələri aparılıb.