Akademiyamızın yetirməsi “Qəbələ”də
Xəbərlər / 26 İyun 2024 | 16:51217
Akademiyamızın yetirməsi “Qəbələ”də

Transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb. Futbol akademiyamızın yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək.

 

22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/24 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

 

Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.