Akademiyanın komandaları yeni mövsümün hazırlıqlarına başladı
Xəbərlər / 23 Sentyabr 2020 | 16:28232
Akademiyanın komandaları yeni mövsümün hazırlıqlarına başladı

“Qəbələ” Futbol Akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını start verib. Akademiyamız 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb. 

Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir. Halim Fıçıcının klubumuzdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub. O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.