"Galatasaray"ın ev oyunlarında - Türk Telekom Arenada keçirdiyi matçlarda oyunöncəsi ənənə halını alan "Galatasaray Efsanelerini Anıyor, Türk Telekom Dünyaya Duyuruyor" layihəsinin bu həftəki qonağı 1974-79-cu illərdə "Galatasaray"da forma geyən, 80-ci illərdə klubun idarə heyətində yer alan, 2002-2008-ci illər arasında "Galatasaray" Futbol Akademiyasının direktoru kimi türk futboluna bir çox istedadlı futbolçular qazandıran, hazırda isə "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edən Ali Yavaş olub. Ali Yavaş "Galatasaray"-"Fenerbahçe" matçından oncə meydançaya çıxıb, azarkeşləri salamlayıb. Mərasimdə sürəkli alqışların müşayiəti ilə Ali Yavaşa "Galatasaray"ın vitse prezidenti Ali Dürüst və klubun idarə heyətinin üzvü Sedat Doğan tərəfindən xatirə plaketi təqdim olunub. Mərasimdə Ali Yavaşla bağlı qısa film nümayiş olunub.