Ali Yavaşın xoşbəxt günü
Xəbərlər / 11 Yanvar 2012 | 20:00856
Ali Yavaşın xoşbəxt günü

“Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaşın oğlu Kerem Yavaş Pelin xanımla ailə həyatı qurub. Türkiyənin tanınmış futbol adamlarını biraraya gətirən toy yanvarın 10-da İstanbulda – Akgün Oteldə baş tutub. Klub rəsmilərimiz də bu xoşbəxt gündə Ali Yavaşı yalnız qoymayıblar. 

“Qəbələ” Futbol Klubunun kollektivi bu əlamətdar gün münasibətilə Ali Yavaşı təbrik edir, Kerem bəy və Pelin xanıma ailə səadəti, xoşbəxtlik arzulayır.