Alim Nəbiyev Azərbaycan çempionu oldu
Xəbərlər / 22 May 2022 | 23:31190
Alim Nəbiyev Azərbaycan çempionu oldu

“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub. İdmançımız kikboksinq üzrə XXVI Azərbaycan çempionatında fərqlənib.

O, titullu idmançıların iştirakı ilə təşkil olunan final görüşlərindən ibarət Qala gecəsində qüvvəsini sınayıb. Nəbiyev 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparıb. Onun rəqibi Elmar Abdullayev olub. Bu döyüşdən qələbə ilə ayrılan Alim çempion adına yiyələnib.