Alim Nəbiyev Batumidə qalib gəldi
Xəbərlər / 20 Sentyabr 2024 | 00:5548
Alim Nəbiyev Batumidə qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib. 30 yaşlı idmançımız Gürcüstanın Batumi şəhərində təşkil olunan “Grand Bellagio Championship-2”də iştirak edib.

 

 

Nəbiyev reytinq xarakterli döyüşdə Uqanda təmsilçisi Umar Semata ilə qarşılaşıb. Yeddiqat dünya və üçqat Avropa çempionu olan idmançımız bu qarşılaşmada qalib gəlib. Bu, Alimin peşəkarlar arasında 64-cü döyüşdə 56-cı qələbəsi olub.