Alim Nəbiyevdən nokautla qələbə
Xəbərlər / 30 İyun 2024 | 23:10200
Alim Nəbiyevdən nokautla qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb. İdmançımız “Fight for Honor XII” çərçivəsində fərqlənib.

 

30 yaşlı kikboksçu Belçikanın paytaxtı Brüsseldə təşkil olunan turnirin əsas  döyüşündə qüvvəsini sınayıb. 77 kq çəkidə çıxış edən Alim Yunanıstan idmançısı Kostas Makedoniadislə üz-üzə gəlib.

 

Kikboksçumuz qarşılaşmanın taleyini birinci raundda həll edib. O, yunan rəqibinə nokautla qalib gəlib.