Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. 28 yaşlı idmançımız “Glory82” turnirinin iştirakçısı olacaq. Sabah keçiriləcək döyüş gecəsi Almaniyanın Bonn şəhərində təşkil olunacaq. “Maritim Hotel”də baş tutacaq döyüşdə Alimin rəqibi Niderland təmsilçisi Endi Semelir olacaq. Yarımorta çəki dərəcəsində çıxış edən kikboksçumuz peşəkar karyerasında 62-ci döyüşə çıxacaq. Onun hesabında 53 qələbə və 8 məğlubiyyət var. Niderlandlı döyüşçü isə 33 görüşdə 33 dəfə qalib gəlib. Qarşılaşmadan bir gün əvvəl kikboksçuların iştirakı ilə çəki mərasimi keçirilib.
Xatırladaq ki, idmançımız təşkilatın yarışlarında 8 döyüşdə 6 qələbə əldə edib.