Alim Nəbiyevin Brüssel sınağı
Xəbərlər / 19 İyun 2024 | 17:057507
Alim Nəbiyevin Brüssel sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. 30 yaşlı idmançımız “Fight for Honor XII” çərçivəsində qüvvəsini sınayacaq.

 

“Professor” ləqəbli Nəbiyev Yunanıstan təmsilçisi Kostas Makedoniadislə qarşılaşacaq. Döyüş iyunun 29-da baş tutacaq. Qarşılaşma Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq.