«Alkmaar» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 12 Oktyabr 2021 | 16:54179
«Alkmaar» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Gənclər Liqasında I mərhələdəki cavab oyununun hakimləri açıqlanıb. Çempionlar yolunda mübarizə aparan U-19 komandamızın Niderland “Alkmaar”ı ilə səfər qarşılaşmasına Xorvatiyadan olan hakimlər təyinat alıb. 

Oktyabrın 19-da baş tutacaq görüşün baş hakimi Dario Bel olacaq. Ona həmyerliləri Maryan Tomas və Kruno Şariç kömək edəcək. Dördüncü hakim funksiyasını yerini yetirəcək yerli ədalət təmsilçisi hələ dəqiqləşməyib.

Xatırladaq ki, matç saat 19:00-da başlayacaq.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

Cavab oyunu, 19 oktyabr

19:00. “Alkmaar” (Niderland) - “Qəbələ” (Azərbaycan)

Baş hakim: Dario Bel 

Baş hakimin köməkçiləri: Maryan Tomas, Kruno Şariç (hamısı Xorvatiya)

Viydevormer. AZ məşq mərkəzi